Rusiya Aİ dən gələn heyvandarlıq məhsullarına qadağa qoydu

22.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

"Avropa İttifaqından Rusiyaya heyvandarlıq məhsullarının tədarükü dabaq xəstəliyi səbəbindən bir ay müddətinə bağlanır, bundan sonra virusun yayılmaması şərti ilə yumşalma mümkündür".
Teleqraf.com xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert deyib.
“Hazırda dabaq xəstəliyini daşıya bilən hər şey dayandırılıb. Bir ay çətin olacaq, o zaman görəcəyik ki, virus yayılıb, ya yox”, - o bildirib.
Dankvert əlavə edib ki, yumşaldılma yalnız Rusiya yoxlamasından keçən müəssisələr üçün ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью