Rusiya Almaniya GƏRGİNLİYİ: Yeni plasdarm yaranır?

08.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verilən razılığı geri götürüb.

Bakıvaxtı.az “Le Figaro”ya istinadən xəbər verir ki, Moskvanın bu qərarı Berlinin Rusiyanın Bonndakı Baş Konsulluğunun və Berlindəki “Rusiya Evi” mədəniyyət mərkəzinin bağlanması ilə bağlı qərarına cavab olaraq qəbul etdiyi növbəti tədbirdir.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini ən geci sentyabrın 18-dək dayandırmalıdır. Konsulluğun əməkdaşları da həmin tarixədək Rusiyanı tərk etməlidirlər.

Bundan əvvəl Moskva Rusiyadakı Almaniya mədəniyyət mərkəzlərinin – “Goethe-Institut”un fəaliyyətinin dayandırılacağını açıqlamış və əməkdaşların sentyabrın 13-dək ölkəni tərk etməsini tələb etmişdi.

Qeyd edək ki, Rusiya-Almaniya münasibətlərində gərginlik son günlər daha da artıb. Berlin Rusiyanı avqustun 4-də Leypsiq/Halle hava limanında baş vermiş insidentlə əlaqələndirib və bunun ardınca Rusiyanın Bonndakı Baş Konsulluğunun bağlanması barədə qərar qəbul edib. Moskva isə bu ittihamları rədd edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Almaniyanı Rusiya ilə müharibəni yenidən alovlandırmaq istəməkdə ittiham edib.

Beləliklə, qarşılıqlı konsulluq və mədəniyyət mərkəzlərinin bağlanması Moskva-Berlin münasibətlərində yeni və daha ciddi diplomatik gərginlik mərhələsinin formalaşdığını göstərir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью