Rusiya Almaniya ŞİRKƏTİNİ VURDU KONKRET

09.08.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Rusiyanın endirdiyi zərbə nəticəsində Ukraynanın Jitomir şəhərində yerləşən alman “Kromberg & Schubert” şirkətinin fabriki dağıdılıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, müəssisə Volkswagen, Audi, BMW, Mercedes-Benz, Skoda, Porsche kimi dünya brendləri üçün elektrik bort kabel sistemləri və naqil dəstələri istehsal edirdi.

Zərbə nəticəsində istehsal tamamilə dayandırılıb.

Zərərin həcmi və hadisənin təfərrüatları hələ dəqiqləşdirilir.

Qeyd edək ki, “Kromberg & Schubert” avtomobil sənayesi üçün kabel sistemlərinin aparıcı təchizatçılarından biri sayılır.

Fabrikin sıradan çıxması Avropa avtomobil istehsalçıları üçün də problemlər yarada bilər.\\musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью