Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ildə Hindistan Rusiya almazlarının idxalını 39 faiz azaldaraq 406 milyon dollara endirib.
Reyting.az xəbər verir ki, bu barədə “İnterfaks” Cənubi Asiya ölkəsinin Ticarət və Sənaye Nazirliyinə istinadla məlumat yayıb.
2024-cü ildə idxal həcmi 664 milyon dollar olaraq qiymətləndirilib. 2025-ci ilin dekabr ayında daşınmalar 12 milyon dollar təşkil edib. 2024-cü ilin son ayı ilə müqayisədə azalma 63 faiz olub.
Ümumilikdə, Hindistan ötən il 16,76 milyard dollar dəyərində xarici almaz alıb. Bu, 2024-cü illə müqayisədə altı faiz azalmadır. BƏƏ bu mineralların ən böyük təchizatçısı olaraq qalaraq - 8,46 milyard dollar dəyərində almaz tədarük edib. Honkonq idxalının 2,48 milyard dollar, Belçika idxalının isə 1,91 milyard dollar olduğu təxmin edilir.
2025-ci ilin yanvar-oktyabr ayları arasında Hindistanın Rusiya almazlarının idxalı illik müqayisədə 36 faiz azalıb. Lakin avqust ayında bu daşınmalar üç dəfədən çox artıb.
V. QULİYEV