Rusiya anbarlarında nə qədər tank var?

15.12.2024

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Rusiyada hələ də anbarlarında 2800-ə yaxın tank var ki, onların da əksəriyyəti çoxdan köhnəlmiş modellərdir.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

Onun sözlərinə görə, bu gün Rusiyada qalan tankların sayına görə ən böyük mərkəzi tank ehtiyat bazaları (CBRT) aşağıdakılardır:

769 CBRT – 800-ə yaxın T-62 tankı;

349 CBRT – 800-ə yaxın T-72A və T-64 tankları;

2456 CBRT - 500-ə yaxın T-62, T-64, T-72U tankları;

1311 CBRT – 400-ə yaxın T-72B tankı;

2544 CBRT - 300-ə yaxın T-54/55 və T-62 tankları anbardadır.

Kovalenko qeyd edib ki, bu tankların əksəriyyəti bərpa üçün yararsızdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью