Rusiya Apple şirkətini 3,6 milyon rubl cərimələyib

05.11.2024

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya “Apple”ın bəzi məzmunlara girişi bloklamaması səbəbindən 3,6 milyon rubl (təxminən 37 min dollar) cərimə kəsilib.

Banco.az xəbər verir ki, “Apple”a qarşı açılan məhkəmə işinə paytaxt Moskvada baxılıb.

Məhkəmə belə qənaətə gəlib ki, platformada bəzi qadağan olunmuş məzmuna giriş bloklanmadığı üçün qanuna əməl edilməyib. Bu səbəbdən “Apple”a 3,6 milyon rubl məbləğində cərimə ödəməyi əmr edib.

Xatırladaq ki, daha əvvəl də oxşar səbəblərə görə Rusiyada “Google”, “TikTok” və “Telegram” kimi müxtəlif xarici platformalara cərimələr tətbiq edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью