Rusiya “Apple”ı cərimələdi

08.09.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskvanın Taqanski Rayon Məhkəməsi “Apple” şirkətini cərimələyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Buna səbəb şirkətin informasiyaya çıxışın məhdudlaşdırılması prosedurunu pozmasıdır.

Bildirilir ki, “Apple” buna görə 3,5 milyon rubl məbləğində cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью