Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin qeyri-qanuni miqrantların Rusiyada qalmasının tənzimlənməsi üzrə müvəqqəti tədbirlər haqqında fərman imzalayıb.
Yeniavaz.com verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, sənədə əsasən, Rusiyada qeyri-qanuni olan miqrantlar aprelin 30-dək ölkəni tərk etməli və ya hüquqi vəziyyətini tənzimləməlidir.
Həmçinin qeyd edilib ki, 2024-cü ildə Rusiya miqrasiya siyasətini sərtləşdirən bir neçə qanun qəbul edib.
Onlardan biri Rusiyada qanuni əsaslar olmadan qalan əcnəbi vətəndaşlar üçün nəzarət edilən şəxslərin reyestri vasitəsilə miqrantların qeydiyyata alınması mexanizmini təqdim edir.
Belə şəxslər haqqında məlumatlar reyestrə sərhədi qanunsuz keçdiyi, vizanın və ya yaşayış icazəsinin ləğv edildiyi gündən daxil edilir.
2025-ci il fevralın 5-dən ölkədə deportasiya üçün miqrasiya rejimi tətbiq olunacaq.