Rusiya atəşkəs çağırışlarını rədd etdi

12.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya yeni il üçün Ukrayna ilə atəşkəsə razı olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı və Müdafiə Komitəsinin üzvü Viktor Zavarzin bildirib.

“Zelenski atəşi dayandıra bilməz, o zaman dərhal həbsxanaya göndəriləcək. Bu müharibə onun xilasıdır. Rusiya, əlbəttə ki, Yeni il günü müvəqqəti atəşkəsə belə razılaşmayacaq”, -  deyə deputat söyləyib.

O xatırladıb ki, Rusiya lideri Vladimir Putin Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı mövqeyini çoxdan müəyyən edib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью