Rusiya atəşkəs elan etməlidir ÇAĞIRIŞ

01.09.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT daxil olmaqla çoxtərəfli institutlarda islahat aparılmalı, inkişaf etməkdə olan ölkələrin siyasi təsiri genişləndirilməlidir.

Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, bunu BMT-nin Baş katibi Antoniu Quterreş “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

BMT Baş katibi Yaxın Şərqdəki münaqişələrin genişmiqyaslı nəticələr doğurduğunu, atəşkəs razılaşmalarının davamlı şəkildə pozulduğunu qeyd edib.

O, Qəzzada atəşkəs rejiminə riayət olunmasının, münaqişəyə son qoyulmasını nəzərdə tutan hərtərəfli planın tam həyata keçirilməsinin və humanitar yardıma maneələrin dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıb.

“Beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail və Fələstin olmaqla, Qüdsün hər iki dövlətin paytaxtı kimi qəbul edildiyi iki müstəqil və suveren dövlət yaradılmadan sülh mümkün olmayacaq”, – Quterreş bildirib.

O, həmçinin Ukraynada tam və dərhal atəşkəsə nail olunmasına çağırıb. Quterreşin sözlərinə görə, bu, BMT Nizamnaməsi və müvafiq qətnamələr əsasında ədalətli, davamlı və hərtərəfli sülhün əldə edilməsi üçün danışıqlara yol açmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью