Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Avropa İttifaqının xarici siyasət komissarı Kaya Kallas Rusiyanı "oyun oynamaqda" günahlandırıb və Ukraynada atəşkəsə çağırıb.
Bakupost.az "The Guardian"a istinadən xəbər verir ki, Kallas Rusiyanın Ukrayna ərazisinə yenidən 100-dən çox pilotsuz uçuş aparatı buraxdığını xatırladıb və Moskvanı atəşkəslə razılaşmağa məcbur etmək üçün təzyiqi artırmağa çağırıb.
"Biz Rusiyaya təzyiq etməliyik ki, həqiqətən də sülh istəyirsə, oturub Ukrayna ilə danışsın", - deyə Kallas bildirib.
O vurğulayıb ki, prioritet atəşkəs, ardınca isə danışıqlar olmalıdır.
Avropa İttifaqının nümayəndəsi bildirib ki, "atəş altında danışıqlar mümkün deyil".
Aysel,
BakuPost