Rusiya atəşkəs təklifinə paradla cavab verdi Yermak

08.05.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ukrayna tam atəşkəsdən sonra sülh danışıqlarına hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Almaniyanın “Die Zeit” nəşrinə müsahibəsində bildirib.

O bildirib ki, müəyyən məsələlər Rusiya ilə müzakirə edilməlidir:

"Biz sülh istəyirik, lakin təkcə bizdən asılı deyil. Hər şey Ukraynadan asılı olsaydı, bu müharibə çoxdan bitərdi. Amma reallıq budur ki, Rusiya təcavüzü dayandırmaq üçün səmimi istək nümayiş etdirmir. Təxminən 50 gün əvvəl prezident Tramp 30 günlük tam atəşkəs təklif etdi, biz razılaşdıq. Rusiya isə paradla cavab verdi", - deyə Yermak bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью