Rusiya atəşkəs üçün şərtlərini açıqladı

10.05.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


"Əgər Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs bağlanarsa, Qərbin Kiyevə silah tədarükü dayandırılmalıdır"


Bakupost.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu barədə "ABC News"a müsahibəsində bildirib.

"Ukrayna bu dövrü yeni hərbçilər hazırlamaq və hazırda döyüşən qüvvələrə istirahət imkanı vermək üçün istifadə edəcək", – deyə o bildirib.

Peskov vurğulayıb ki, atəşkəs müddətində Ukrayna tammiqyaslı səfərbərlik həyata keçirə və qüvvələrini cəbhə xəttinə köçürə bilər.

Onun sözlərinə görə, ABŞ və Avropa ölkələri Kiyevə silah tədarükünü hər gün davam etdirirlər.

Aysel,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью