Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ötən gün “Pasxa atəşkəsi” elan edilməsinə baxmayaraq, Donetskdə səhər saatlarından ən azı 3 partlayış olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Partlayışların saat 09:00-dan sonra qeydə alındığı bildirilir. Məlumata görə, nəticədə bir bölgədə güclü yanğın meydana gəlib və xilasedicilər hadisə yerinə cəlb olunub.
Həmçinin Ukrayna əsgərlərinin Qarlovka şəhərini də atəşə tutduğu vurğulanır.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiya tərəfini atəşkəsə rəğmən əməliyyatları davam etdirməkdə günahlandırıb.
Əliyar Xəlil
Globalinfo.az