Rusiya atəşkəsə əməl etmir, hücumları davam etdirir Səfir

01.02.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

“Həftəlik atəşkəsə” baxmayaraq, Rusiyanın Ukraynaya hücumları davam edir. Gecə ərzində PUA zərbələri mülki vətəndaşları öldürüb və kritik infrastruktura zərər verib.

Axar.az xəbər verir ki, bu barədə AB-nin Ukraynadakı səfiri Katarina Maternovanın bəyanatında deyilib.

AB səfiri atəşkəsin olmadığını və Rusiyanın razılaşmalara əməl etmədiyini vurğulayıb.

Onun sözlərinə görə, gecə saatlarında Rusiya 90 ədəd PUA ilə Ukraynaya hücum edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kiyevdə kəskin soyuqlar səbəbindən rusiyalı həmkarı Vladimir Putindən bir həftəlik hücumları dayandırmağı xahiş etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью