Rusiya aviasiyasına ağır zərbə: 5 qırıcısı vuruldu

25.11.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, hücum noyabrın 24-də və 25-nə keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində yerləşən “Savasleyka” hərbi aerodromuna həyata keçirilib.

Ukrayna Baş Qərargahının məlumatına görə, həmin aerodromdan Ukrayna şəhərlərinə zərbələr endirmək üçün istifadə olunan “Kinjal” hipersəs raketlərinin daşıyıcısı olan MiQ-31 təyyarələri havaya qalxır.

İlkin məlumata əsasən zərbə nəticəsində üç MiQ-31 və iki Su-34 təyyarəsi zədələnib və müəyyən müddət ərzində uçuş həyata keçirə bilməyəcək.

Ukrayna Baş Qərargahı təyyarələrə dəymiş ziyanın dərəcəsinin və itkilərin dəqiqləşdirildiyini bildirib. Açıqlamada daha ciddi nəticələrin üzə çıxma ehtimalı da istisna edilməyib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью