​Rusiya Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsinə razı deyil

27.08.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Rusiya təhlükəsizlik təminatları çərçivəsində Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsinə razı deyil.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, münaqişənin səbəblərindən biri regionda NATO infrastrukturunun olması ilə bağlı olub. Ukrayna üçün təhlükəsizlik zəmanəti mövzusunun əsas məsələlər arasında olduğunu qeyd edən Peskovun sözlərinə görə, Rusiya bu məsələ ilə bağlı hazırda ictimaiyyətə açıqlama vermək istəmir.

Peskov, “Əslində, Avropa qoşunları yoxdur. Əksəriyyəti NATO üzvü olan müəyyən ölkələrin əsgərləridir. NATO infrastrukturunun Ukraynada olması da münaqişənin səbəblərindən biri idi" - deyə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью