Rusiya Avropada “Rusiya mənim düşmənim deyil” təbliğat kampaniyasına start verib

22.08.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Avropada “Rusiya mənim düşmənim deyil” şüarı ilə təbliğat kampaniyasına başlayıb.

Bakıvaxtı.az bu barədə Ukrinform-a istinadla xəbər verir.

Belə ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, bu kampaniya Rumıniya, Fransa və İtaliya şəhərlərində stikerlər vasitəsilə həyata keçirilir.

Bildirilib ki, Kremlin məqsədi sülh görüntüsü yaradaraq cinayətlərini gizlətmək, Avropa cəmiyyətlərində nifaq salmaq və Ukraynaya dəstəyi zəiflətməkdir.

Mərkəz həmçinin qeyd edib ki, bu kampaniya Avro-Atlantik kursa inamı sarsıtmağa yönəlib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью