Bizim media saytına istinadən Icma.az xəbər verir.
Avropada Rusiyanın törətdiyi ehtimal olunan təxribatların sayı son bir ildə 16 faiz artıb. Əsas hədəflər Almaniya və Polşa olub.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumat yayıb.
Məlumata görə, hesabatda insidentlərin yarıdan çoxunun kritik infrastruktur obyektlərinə qarşı yönəldildiyi bildirilib. Yanğın törətmə halları 7-dən 14-ə, partlayıcı qurğulardan istifadə edilən insidentlərin sayı isə 4-dən 11-ə yüksəlib.
Hesabat müəllifləri hesab edirlər ki, ehtimal olunan təxribatların əsas məqsədi Qərbin Ukraynaya dəstəyini zəiflətməkdir.
Moskva isə bu cür insidentlərdə iştirakına dair ittihamları qəti şəkildə rədd edir.
Bizim.Media