Rusiya Avropadan kompensasiya istəyir

26.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Rusiya Ukrayna müharibəsi nəticəsində dəymiş zərərə görə Avropadan kompensasiya tələb edəcəyini bəyan edib.

Modern.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq siyasət komitəsi sədrinin birinci müavini Aleksey Çepa Lenta.ru-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva bu məsələni davamlı şəkildə gündəmdə saxlayacaq.

“Biz Avropadan kompensasiya tələb edəcəyik və bu məsələ daim qaldırılacaq. Əminəm ki, Avropanı buna məcbur etməyə gücümüz çatacaq”, – deyə Çepa bildirib.

Deputat əlavə edib ki, Rusiya həmçinin Ukraynaya qarşı müharibə başladıqdan sonra Qərb ölkələri tərəfindən dondurulmuş 300 milyard dollarlıq aktivlərini geri qaytarmaq niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью