Rusiya Avropanın silah fabriklərini MƏHV EDİR

24.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Avropanın silah fabriklərinə hücum dalğası təşkil edib.

“Cebheinfo.az” xəbər verir ki, bunu “The Telegraph” Qərb kəşfiyyat mənbələrinə istinadən yazıb.

Məlumata görə, Kreml NATO-nun qətiyyətini sınamaq üçün müdafiə zavodlarında sabotaj etmək üçün yerli dəstə üzvlərini cəlb edir.

Kəşfiyyat rəsmilərinin sözlərinə görə, hücumlar NATO-nun qarşılıqlı müdafiə bəndi olan 5-ci maddənin işə düşməməsi üçün diqqətlə planlaşdırılıb.

Bu həftə Latviya qonşu Estoniyada dron istehsalı müəssisəsini yandırmaqda şübhəli bilinən üç vətəndaşını saxlayıb.

15 avqustda Tallində yerləşən və Ukraynaya silah tədarükçüsü olan “Milrem Robotics” şirkətinə məxsus bina yandırılıb.

Bu şirkət Kiyev silahlı qüvvələrinə pilotsuz yerüstü nəqliyyat vasitələri satan iki xarici şirkətdən biridir.

Estoniyadakı yanğından əlavə, təkcə bu ay İtaliya və Bolqarıstandakı əsas silah istehsalı müəssisələrində partlayışlar baş verib.

Bu ilin əvvəlində Ukrayna üçün dronlar və termal görüntüləmə avadanlığı istehsal edən Çexiya fabrikində baş verən yanğını da xatırlamaq lazımdır.

Rusiyanın iştirakı ilə bağlı istintaq çərçivəsində dörd şübhəli saxlanılıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью