Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qara dəniz akvatoriyasında ticarət gəmilərinə və daşımalara yönələn hücumlar və artan təhlükəsizlik riskləri fonunda Rusiya taxıl ixracatı üçün gözlənilməz və strateji bir addım atıb.
“Yeni Sabah” xəbər verir ki, Moskva tarixində ilk dəfə olaraq kənd təsərrüfatı məhsullarının xaricə nəqlini Arktika dairəsində yerləşən Murmansk limanı vasitəsilə həyata keçirməyə başlayıb.
Bu addımla İkinci Dünya müharibəsi dövründə müttəfiq qüvvələrin logistika üçün istifadə etdiyi tarixi dəniz marşrutu yarım əsrlik fasilədən sonra yenidən istifadəyə qaytarılıb. Toyuqlu pizza
Artıq yeni logistik dəhlizlə ilk göndəriş reallaşdırılıb. Təxminən 28 min ton yüksək keyfiyyətli buğda yüklənmiş ilk ticarət gəmisinin Murmanskdan yola düşərək Mərakeşə çatdırılması gözlənilir.
Analitiklər bildirirlər ki, Qara dənizdə gərginliyin davam edəcəyi təqdirdə, Şimal Dəniz Yolu və Arktika limanları Rusiyanın qlobal ərzaq ixracında əsas alternativ mərkəzə çevrilə bilər.