Rusiya Axmetovun kompleksini mənimsədi

25.04.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əvvəllər ukraynalı iş adamı Rinat Axmetova məxsus Yaltadakı “Ay-Danil” kompleksi Rusiya Əmlakın İdarə Edilməsi Federal Agentliyinin balansına alınıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrinin saytında deyilir.

Qeyd edək ki, “Ay-Danil” bir neçə yaşayış binası, spa mərkəzi, qızdırılan su ilə təchiz olunmuş açıq hovuz (650 kv.m), müalicə-diaqnostika binaları və bir sıra digər infrastruktur obyektindən ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью