Rusiya Azərbaycan oyunlarının hakimləri açıqlanıb

26.11.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qadınlardan ibarət Azərbaycan milli komandasının noyabrın 28-də və dekabrın 2-də Rusiya yığması ilə Soçidə keçirəcəyi yoldaşlıq görüşlərinin hakimləri müəyyənləşib.

"Report" xəbər verir ki, hər iki oyunu Tacikistandan olan eyni hakimlər briqadası idarə edəcək.

Qarşılaşmalarda Nodira Mirzoeva ədaləti qoruyacaq. Baş hakimin köməkçiləri Dilshoda Rahmonova və Farhod Kuralov olacaqlar. Dördüncü hakim funksiyasını Anastasiya Ponomaryova yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun FİŞT Olimpiya Stadionunda, ikinci görüş isə “Soçi” klubunun məşq bazasında keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью