Rusiya Azərbaycan sərhədinə aparan magistral yolunu genişləndirəcək AZƏRTAC

03.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Moskva, 3 dekabr, AZƏRTAC

Krasnodar diyarının Pavlovskaya kəndindən Azərbaycanla sərhədə aparan R-217 “Qafqaz” federal əhəmiyyətli avtomobil yolu 2030-cu ilə qədər dörd zolağa qədər genişləndiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Federal Avtomobil Yolları Agentliyinin “Qafqaz” Federal avtomobil yolları Departamentinin rəhbəri Aleksandr Lukaşuk TASS-da keçirdiyi mətbuat konfransında bildirib.

“Bu günə bizim prioritetimiz Rusiya Federasiyasının subyektlərini və xarici dövlətləri birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan R-217 “Qafqaz” yoludur. Bu yol ilə ən ağır trafik, o cümlədən yük daşımaları həyata keçirilir, ona görə də bu istiqamətə xüsusi diqqət yetirilir. 2030-cu ilə qədər bütün R-217 avtomobil yolu nəqliyyat axınının ayrılması ilə dörd zolaqlı olacaq”, - deyə o bildirib.

Lukaşuk qeyd edib ki, magistralın dörd zolağa qədər genişləndirilməsi qarşıdan gələn nəqliyyat axınını ayırmağa imkan verəcək. Bu, xüsusilə ciddi nəticələri olan qəzaların qarşısını almağa kömək edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью