Rusiya Azərbaycana 27 milyonluq mal göndərənə cinayət işi açdı

07.03.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Murmansk gömrüyü Rusiyanın Arxangelsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti ilə birlikdə geniş miqyasda strateji əhəmiyyətli resursların qanunsuz ixracının qarşısını alıb.

Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, müəyyən edilib ki, taxta-şalbanın topdansatış ticarəti şirkətinin direktoru olan Arxangelsk vilayətinin sakini lazımi sənədlər olmadan və LES EGAIS sisteminə məlumat daxil etmədən taxta alışını təşkil edib. Qanunsuz yolla əldə edilmiş xammaldan taxta-şalban hazırlanıb və saxta mənşə sənədləri ilə Azərbaycana ixrac edilib.

Nəticədə ümumi dəyəri 27,6 milyon rubldan çox (təxminən 527 min 187 manat) olan şam və ladin ağacları qanunsuz olaraq xaricə ixrac edilib. Murmansk Gömrük İdarəsi şirkətin direktoruna qarşı Cinayət Məcəlləsinin 226.1-ci (strateji əhəmiyyətli resursların gömrük sərhədindən qanunsuz keçirilməsi) maddəsi ilə cinayət işi açıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью