Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib.
Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub.
İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və "Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib.
Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb.
Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır.
Təyyarənin “qara qutu”su aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.
Hazırda qəzanın səbəbləri araşdırılır. Rəsmi Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasını istintaqın yekunlarına qədər qiymətləndirmə