Rusiya Azərbaycanda saxlanılan vətəndaşlarının sayını açıqladı

02.02.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2025-ci il iyunun 30-dan iyulun 1-dək Bakıda saxlanılan Rusiya vətəndaşlarından indiyə qədər "Sputnik Azərbaycan" xəbər agentliyinin iki jurnalisti İ.N. Kartavıx və baş redaktor E.V. Belousov (19 və 25 oktyabr 2025-ci il tarixlərində) vətənə qayıdıblar. Daha 11 nəfər isə Bakı istintaq təcridxanasında qalır".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

"30 iyun - 1 iyul 2025-ci il tarixlərində Bakıda saxlanılan bütün Rusiya vətəndaşlarının tezliklə azadlığa buraxılması və vətənə qaytarılması bizim mütləq prioritetimizdir. Azərbaycanlı tərəfdaşlarımızla əlaqələrimizdə bu məsələnin təcili həllinə ehtiyacı mütəmadi olaraq qaldırırıq. Onların azadlığa buraxılması üçün müxtəlif variantlar digər qurumlar, xüsusən də Rusiya Federasiyasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində araşdırılır. Biz bu vəziyyəti diqqətlə izləyirik", - deyə nazirliyin açıqlamasında bildirilib. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью