Rusiya Azərbaycandan kartof idxalını artırmaq | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumat verir. AzVision.az xəbər verir ki, “Rusprodsoyuz” assosiasiyasının idarə heyətinin sədrinin mü
Assosiasiyanın məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Rusiyaya ərzaq kartofu idxalı 56,9 min ton təşkil edib.
Bu dövrdə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran istisna olunmaqla, ən yaxşı tədarükçülər kimi Rusiyaya bütün kartof tədarükünün 85,3%-ni təşkil edən Misir,həmçinin Azərbaycan, Çin və Pakistan özlərini göstəriblər.
“Məhsulun azalması ilə əlaqədar çatışmayan həcmlər bu ölkələrdən kartofun tədarükü hesabına ödənilə bilər”, - Dmitri Leonov bildirib.
Bundan əvvəl Rusiyanın baş nazirinin müavini Dmitri Patruşev Rusiyanın İqtisadi İnkişaf nazirliyinə və Kənd Təsərrüfatı nazirliyinə artan tələbatı ödəmək üçün “dost ölkələrdən” kartof idxalı məsələsinin həll olunmasını xahiş etmişdi.
Sahil İsgəndərov AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu