Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rəsmi Moskva hesab edir ki, rəsmi Bakının Rusiya vətəndaşlarını azad etməsi tərəflər arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib.
Onun sözlərinə görə, Rusiya konsulluq əməkdaşlarının Azərbaycanda həbs olunan həmvətənlərinə baş çəkməsi və onların səhhəti ilə bağlı məlumat verilməsi üçün sorğu göndərib, lakin Bakı hələlik razılıq verməyib.
“Dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələ ki, razılığını verməyib.
Güman edirik ki, belə razılıq alınacaq”, - Zaxarova brifinqdə deyib.
Bundan başqa, onun sözlərinə görə, iyulun 2-də saxlanılanların səhhəti və onlara tibbi yardım göstərilməsi ilə bağlı sorğu göndərilib.
“Təəssüf ki, hələ cavab almamışıq. Biz cavab alacağımızı güman edirik”, - deyə Zaxarova əlavə edib.