Rusiya Azərbaycanla bağlı bu ssenaridən ölümünə qorxur | Icma.az
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən əsrin 70-ci illərində dövrünün iki qüdrətli kəşfiyyat orqanı, Dövlət Təhlükəsizlik Komitəsi və Mərkəzi Kəşfiyyat İdarəsi İrandakı prosesləri dəqiq qiymətləndirə bilmədiyi üçün İran İslam İnqilabı Sovet İttifaqı və ABŞ üçün gözlənilməz hadisə olub.
Amerika kəşfiyyat aləmində ən nüfuzlu ekspert olan Kolumbiya Universitetinin professoru Robert Cervisin (Robert Jervis) “Kəşfiyyat niyə uğursuz olur: İran inqilabından və İraq müharibəsindən dərslər” (Why Intelligence Fails: Lessons from the Iranian Revolution and the Iraq War) kitabı Amerika kəşfiyyatının əsas uğursuzluqlarını təhlil etməyə həsr olunub.Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib.Onun sözlərinə görə, Vaşinqton kimi Moskva da İslam İnqilabı ilə bağlı uğursuzluqdan dərs çıxarmağa çalışaraq, İranda gedən prosesləri dəqiq qiymətləndirməyə, ona təsir göstərməyə və mümkün olarsa, yönləndirməyə çalışır:“Moskvada gözəl bilirlər ki, regionun taleyi böyük ölçüdə İranda baş verəcək hadisələrin nəticəsindən asılıdır.
Yeni dünya düzənin əsasən İranda gedən proseslərin nəticələrinə uyğun olacağı haqqındakı fikirlər də həqiqətdən uzaq deyil.
Buna görə də Rusiya diplomatiyası və kəşfiyyatı İrana yönəlik fəaliyyətini gücləndirib.
Moskvanın İran oyunu Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına təhlükə yaratdığı üçün rus diplomatiyasının və kəşfiyyatının İranda nəyə nail olmağa çalışdığını müəyyən etmək məcburiyyətindəyik.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Şərqə körpülər” layihəsi üçün müsahibəsində heç şübhəsiz ki, əvvəlcədən müəyyən olunmuş - “İrandakı vəziyyət regionda sabitliyə təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Sizcə, İranın nüvə proqramı üzrə tammiqyaslı danışıqlara qayıtmaq mümkündürmü?” sualını cavablandırkən tarixə ekskursiya edir.
Tam oxu
Xəbəri oxu