Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən də möhkəm təməl, iki ölkə arasında maraqların üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur.
Amma bəzən iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi o dövrlərdən biridir. Ümid edirik ki, bu müddət keçəcək.
İki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir”, - o bildirib.
Peskovun bu sözlərinə Sitat.info-ya açıqlamasında aydınlıq gətirən Ağ Partiya başqanı Tural Abbaslı bildirdi ki, tarix boyu Rusiya bu cür çətin dövrlərin yaranmasına səbəb olub: "Əslində Azərbaycan- Rusiya münasibətləri belə çətin dövrlərə indi qədəm qoymayıb.
1813-cü ildə də, 1828-ci ildə də qədəm qoymuşdu. 90-cı ildə də, Xocalı soyqırımında da qədəm qoymuşdu.