Rusiya Bakıdakı Rus Evinin bağlanmasından təəssüflənir Peskov

07.02.2025

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, Moskva və Bakı problemi yaxşı münasibətlər əsasında həll edəcəklər.

Tribunainfo.az Sputnik-ə istinadən xəbər verir ki, Kreml Bakıdakı Rus Evinin bağlanmasından təəssüflənir, bunu anlaşılmazlıq hesab edir və vəziyyətin həllinə ümid edir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə vəziyyəti şərh edib.
“Biz buna təəssüf edirik. İnanırıq ki, bu, həll edilə bilən anlaşılmazlıqdır”, – o qeyd edib.

Peskov qeyd edib ki, Moskva bu qurumun işi ilə bağlı məsələni bakılı həmkarları ilə müxtəlif səviyyələrdə, bəlkə də ən yüksək səviyyədə qaldıracaq. O əlavə edib ki, tərəflər vəziyyəti yaxşı münasibətlər əsasında həll edəcəklər.

Ceyran

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью