“Rusiya ballistik raketlə Kiyevi vura bilər”

21.11.2024

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Moskva Ukraynanı Rusiya ərazisinə növbəti uzaqmənzilli silah zərbələrindən imtina etməyə məcbur etmək üçün qitələrarası ballistik raketlə Dneprə hücum etdi”.  

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin istefada olan general-mayoru Mark Makkarli “CNN” telekanalına müsahibəsi zamanı deyib.

O, qeyd edib ki, Moskva Ukraynaya növbəti dəfə Kiyevi qitələrarası ballistik raketlə vura biləcəyini belə göstərmək istəyir. 

“Deyə bilərik ki, Rusiya ilk olaraq Dneprdə atəş açdı. Əgər Ukrayna ABŞ və Böyük Britaniyadan bu yaxınlarda tədarük etdiyi ATACMS və “Storm Shadow” raketlərindən Rusiyaya qarşı yenidən istifadə edərsə, Moskva da o zaman Kiyevi ballistik raketlə vuraraq cavab verəcək”, - deyə o vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью