Rusiya Baltik dənizinə hərbi gəmilər göndərir Bild

17.08.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya hərbi gəmilərini Baltik dənizinə yerləşdirir. Bu addım region ölkələri arasında narahatlıq yaradıb.

Turkustan.az xəbər verir ki, Almaniyanın “Bild” nəşri Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik dənizindəki fəaliyyətini təhlil edib.

Məlumata görə, “Admiral Levçenko” esminesinin gəlişindən qısa müddət sonra Rusiyanın Şimal Donanmasının müasir raket freqatlarından biri olan “Admiral Kasatonov” da Baltik dənizinə daxil olub.

Nəşr qeyd edir ki, bu yerləşdirmə Kreml rəhbəri Vladimir Putinin Rusiyanın “kölgə donanmasına” qarşı tətbiq edilən sanksiyalara cavab olaraq Avropanı əks tədbirlərlə hədələdiyi bir vaxta təsadüf edir.

2020-ci ildə xidmətə qəbul edilən “Admiral Kasatonov” “Admiral Qorşkov” sinfinə aiddir. Rusiya mənbələrinə görə, gəmi “Kalibr” və “Zirkon” qanadlı raketlərini daşıya və buraxa bilir.

Freqat sonuncu dəfə Aralıq dənizi və La-Manş boğazı ərazisində Rusiya yük gəmilərinin təhlükəsizliyini təmin etmək və onları müşayiət etmək üçün yerləşdirilmişdi

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью