Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Avropa ölkələrini xəbərdarlıq edib.
“Cebheinfo.az” “Caucasian Live” - ə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəzi Avropa ölkələrini Ukraynaya yardım məsələlərində ehtiyatlı olmağa çağırıb.
Şoyqu qeyd edib ki, son zamanlar Ukraynanın pilotsuz təyyarələrinin Finlandiya və Baltikyanı ölkələr üzərindən Rusiyaya qarşı hücumları tez-tez baş verir.
Onun sözlərinə görə, bu hücumlarda mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir.
“Bu, iki halda baş verə bilər: ya Qərb hava hücumundan müdafiə sistemləri, artıq Yaxın Şərqdə olduğu kimi, son dərəcə qeyri-effektivdir, ya da bu dövlətlər bilərəkdən öz hava məkanlarını açıq saxlayır və bununla da Rusiyaya qarşı təcavüzə açıq şəkildə qoşulurlar”, – deyə Şoyqu vurğulayıb.
Təhlükəsizlik Şurasının katibi Moskvanın bu hücumlara qarşı sərt tədbirlər görəcəyini bildirib.
“Sonuncu halda, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən addımlarımı atacağıq”.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin