Rusiya bayrağı ilə güləşən idmançı cəzalanacaq

22.02.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

U-20 Azərbaycan çempionatında 125 kq çəki dərəcəsində gümüş medal qazanmış sərbəst güləşçi Məhəmməd Qantemirov cəzalanacaq.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, inquş əsilli pəhləvan ilk “3-lüy”ə düşməsinə baxmayaraq, Azərbaycan milli komandasının təlim-məşq toplanışlarına cəlb olunmayacaq. Böyük gələcək vədi ilə milliləşdirilən 18 yaşlı idmançının hərəkəti federasiya rəhbərliyinə xoş olmayıb. Onun məsələsinə İntizam Komitəsində baxılacağı bildirilir.

Qantemirov 2024-cü ildə keçirilən U-17 Avropa çempionatında gümüş, dünya çempionatında isə bürünc medal qazanıb.

Xatırladaq ki, M.Qantemirov U-20 Azərbaycan çempionatında sinəsində Rusiya bayrağı olan triko ilə yarışıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью