Rusiya Bayraktar ın Kiyevdə yerləşən zavoduna zərbə endirib

28.08.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın paytaxtı Kiyevdə yerləşən və yaxın günlərdə istehsala başlamalı olan "Bayraktar" zavodu Rusiyanın raket hücumuna məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.

Qeyd olunur ki, Türkiyənin Ukraynada inşa etdirdiyi zavoda iki raket zərbəsi endirilib, nəticədə milyonlarla dollarlıq investisiyaya ciddi ziyan dəyib.

Hadisəyə "Baykar" şirkətinin sözçüsü İlker Akgüngör qısa münasibət bildirib:

"Biz Ukraynadakı vəziyyəti diqqətlə izləyirik və uyğun bir vaxtda lazımi məlumatları təqdim edəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью