Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan Rusiya bazarından imtina etmək niyyətində deyil və rusiyalı həmkarları ilə fəal şəkildə işləyir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
O bildirib ki, Ermənistan rusiyalı həmkarlarının qeyd etdiyi problemləri inkar etmir:
“Rusiya tərəfinin qaldırdığı bütün məsələlərlə bağlı “razı deyilik və heç nə etməyəcəyik” demirik, əksinə, qaldırılan məsələlərin həlli yollarını axtarırıq”.