Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Müğənni Vera Brejneva Rusiya bazarında fəaliyyətini dayandırıb.
Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Brejneva səhnə adından imtina edərək artıq rus dilində çıxış etmir. Hazırda o, "Vira" təxəllüsü ilə fəaliyyət göstərir. Qeyd olunur ki, müğənni mahnılarını oxuyur, ünsiyyət qurur və işgüzar fəaliyyətini yalnız Ukrayna dilində aparır. O, artıq rusiyalı sifarişçilərdən çıxış təkliflərini qəbul etmir. Sənətçinin komandası çıxışların razılaşdırılmasından əvvəl sifarişçinin vətəndaşlığını yoxlayır.
Qeyd edək ki, Ukraynada xüsusi hərbi əməliyyatların başlamasından sonra Brejneva o vaxtkı həyat yoldaşı, bəstəkar Konstantin Meladze ilə birlikdə Rusiyanı tərk edib. 2023-cü ilin fevralında cütlük Moskva vilayətində yerləşən malikanəni satışa çıxarıb. Müğənni sosial şəbəkələrdə pərəstişkarları ilə əsasən Ukrayna dilində ünsiyyət saxlayır.
2023-cü ilin oktyabrında Vera Brejneva Konstantin Meladze ilə boşandığını təsdiqləyib. Onlar səkkiz illik evlilikdən sonra ayrılıblar. Cütlüyün ortaq övladları yoxdur.