Rusiya Belarusda hərbi kontingent yerləşdirə biləcək | Icma.az
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Federasiya Şurası bugünkü iclasında İttifaq dövləti çərçivəsində Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətlərinə dair müqaviləni ratifikasiya edib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, sənədə əsasən, ölkələrdən birinə hücum İttifaq dövlətinə qarşı təcavüz aktı olaraq qiymətləndiriləcək.
Müqavilə 10 il müddətinə nəzərdə tutulub və bu dövr başa çatdıqda onun müddəti avtomatik olaraq daha 10 il uzadıla bilər.
Məlumata görə, müqavilə çərçivəsində Rusiya və Belarus onların suverenliyinə, eləcə də ərazi toxunulmazlığına təhdid olduğu halda bir-birilərini beynəlxalq hüququn icazə verdiyi bütün vasitələrlə dəstəkləməyi öhdəsinə götürür.
Bildirilib ki, ölkələr bunun üçün Rusiyanın taktiki nüvə silahı da daxil olmaqla, sahib olduqları bütün qüvvə və vasitələri istifadə edə bilərlər.
Bununla yanaşı, Rusiya Belarusda baza və hərbi kontingent yerləşdirə biləcək.
Xatırladaq ki, Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko müqaviləni 2024-cü il dekabrın 6-da İttifaq dövlətinin Ali Dövlət Şurasının Minskdə keçirilən iclası zamanı imzalayıblar.
Tam oxu
Xəbəri oxu