Rusiya benzin ixracına qadağanı götürür

22.11.2024

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Rusiya benzinin ixracına qoyulan qadağanı vaxtından əvvəl ləğv etməyi planlaşdırır, yaxın günlərdə müvafiq sənədlər hazır olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Novak deyib.

Qadağa götürüləcək, indi sənədlər hazırlanır. Bu, yaxın günlərdə baş verəcək”, - Novak bildirib.

Qeyd edək ki, Rusiya hökuməti sentyabrın 1-də benzinin ixracına qoyduğu qadağanın müddətini 31 dekabradək uzatmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью