Rusiya beynəlxalq internetdən ayrılmağa hazırlaşır Təlimlər keçirilir AzPolitika onlayn si…
Icma.az bildirir, Azpolitika.az portalına istinadən. “Roskomnadzor” Rusiyanın internetin xarici seqmentindən ayrılmasını sınaqdan keçirir.“A
Rusiya mətbuatının yazdığına görə, bu, xüsusilə Dağıstana təsir edib.
Bildirilir ki, sosial şəbəkələrdə xarici saytların açıla bilməməsi, bəzi əlavələrin və messencerlərin işində problem olması ilə bağlı şikayətlər gəlməyə başlayıb.“Ellco” telekommunikasiya şirkəti bildirib ki, “Roskomnadzor”un internetin xarici seqmentinə girişin dayandırılması ssenarilərinin sınaqdan keçirilməsi ilə əlaqədar ötən gün saat 16:00-dan etibarən müəyyən sayt və xidmətlərə (WhatsApp və digərləri) girişdə məhdudiyyətlər olub.“Roskomnadzor” özü də kəsilmələri təsdiqləyib.
Qurumun bəyanatına görə, bu cür təlimlər “Rusiya internet infrastrukturunun qəsdən xarici təsirlərə məruz qaldığı zaman xidmətlərin əlçatanlığını təmin etməyə hazır olduğunu təsdiqləmək” məqsədilə keçirilir.“AzPolitika.info” Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu