Rusiya beynəlxalq tədbirə dəvət edilmədi

31.01.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralda Almaniyanın Münhen şəhərində keçiriləcək beynəlxalq təhlükəsizlik konfransına Rusiya nümayəndələri dəvət edilməyəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Münhen Konfransının nümayəndəsi məlumat yayıb. 

"Rusiya hökumətinin nümayəndələri 2025-ci ildə keçiriləcək Münhen Təhlükəsizlik Konfransına dəvət edilməyəcək", - konfransın sözçüsü bildirib.

Münhen Təhlükəsizlik Konfransı fevralın 14-dən 16-dək keçiriləcək. Moskva 2022-ci ildən bəri orada iştirak etmir.

Gülayə Mecid


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью