Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə üzərində təxminən 210 ədəd Ukrayna PUA-sını məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Kaluqa, Kursk, Oryol, Rostov, Smolensk, Tver, Tula vilayətləri, Krasnodar diyarı, Moskva regionu, Krım, eləcə də Azov və Qara dəniz akvatoriyaları üzərində vurulub.