Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Rusiya hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində dörd idarəolunan aviasiya bombasını, “HIMARS” yaylım atəşli reaktiv sisteminin iki mərmisini və təyyarə tipli 1 222 pilotsuz uçuş aparatını vurub.
Bu barədə “Cebheinfo.az” "TASS"a istinadən xəbər verir.
Qeyd olunur ki, sentyabrın 25-i və 26-sı isə hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 645 PUA-nı ələ keçirərək məhv edib.
Bildirilir ki, dronların vurulması məhz Həştərxan, Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Oryol, Rostov, Ryazan və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar və Stavropol diyarları, həmçinin Krım Respublikası əraziləri, eləcə də Qara və Azov dənizlərinin suları üzərində baş verib.
Əhməd
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin