Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya hərbi qulluqçuları Donetsk Xalq Respublikası ərazisində bir anda iki yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Antonovka və Maksimovka kəndləri tutulub: "Uğurlu hücum hərəkətləri nəticəsində Cənub Qüvvələri Qrupunun bölmələri Donetsk Xalq Respublikasının Antonovka kəndini azad edib.
Aktiv əməliyyatlar zamanı "Vostok" qoşun qruplaşmasının bölmələri Donetsk Xalq Respublikasının Maksimovka qəsəbəsini azad edib".
Ağarza Elçinoğlu Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.