Rusiya bir il öncə həlak olan 65 ukraynalının cəsədini Ukraynaya təhvil verib AzPolitika onlayn siyasiictimai qəzet

09.12.2024

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya 65 ukraynalı hərbçinin cəsədini Ukraynaya təhvil verib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın İnsan Haqları üzrə Ali Komissarı Tatyana Moskalkova məlumat yayıb.

Ölən əsgərlərin cəsədlərinin Ukrayna tərəfinə təhvil verildiyini bildirən Moskalkova, “Bu prosesdə şəxsən özüm iştirak etdim”,-deyib.

Xatırladaq ki, yanvarın 24-də Ukrayna tərəfindən atılan raketlə Belqorod vilayətində ukraynalı əsirlərin də olduğu Rusiyanın “İl-76” təyyarəsinin vurulması nəticəsində 65 ukraynalı hərbçi həlak olmuşdu.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью