Rusiya bir sutkada 872 Ukrayna PUA sının vurulduğunu açıqladı

27.11.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Ukraynaya məxsus 872 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ istehsalı olan dörd JDAM idarəolunan aviasiya bombası və iki uzaqmənzilli “Neptun” raketi də vurulub.

Qeyd edək ki, noyabrın 26-na keçən gecə Rusiyanın bir sıra regionları Ukraynanın kütləvi PUA hücumuna məruz qalıb.

Stavropol və Krasnodar diyarlarında ümumilikdə altı nəfər xəsarət alıb və ya tibbi yardım üçün müraciət edib. Başqırdıstanda isə PUA qalıqlarının düşməsi nəticəsində sənaye zonasında yanğın baş verib.

Stavropol diyarının qubernatoru Vladimir Vladimirovun sözlərinə görə, regiona 80-dən çox PUA ilə hücum edilib. Hədəflər arasında azot gübrələri və ammonyak istehsal edən “Nevinnomıssk Azot” kimya müəssisəsi də olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью