Rusiya: Biz Donetskdə Qorki qəsəbəsini ələ keçirmişik

11.03.2025

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Qorki qəsəbəsini ələ keçirdiklərini bildirib.

Turkustan.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
Rusiya ordusunun Ukraynada cəbhədə irəlilədiyi bildirilən bəyanatda “Cənub Hərbi Qrupunun qoşunları onların fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Qorkiy qəsəbəsini ələ keçirib” deyilir.
Açıqlamada bildirilir ki, son 24 saat ərzində 147 bölgədə Ukraynanın hərbi hava limanı infrastrukturuna və Ukrayna əsgərləri, hərbi texnikası və xarici muzdluların yerləşdiyi nöqtələrə hücumlar təşkil edilib.

Həmçinin qeyd olunub ki, Ukrayna ordusu gecə saatlarında pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə Rusiyanın mülki infrastrukturuna hücumlar həyata keçirib.
Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью